Həbs edilən fələstinlilərin sayı 7450-yə yüksəlib

Qəzza zolağında 2023-cü il oktyabrın 7-də başlayan müharibədən bəri işğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələri tərəfindən həbs edilən fələstinlilərin sayı 7450-yə yüksəlib.

2111980

Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının Əsir və Azad Edilən Heyətinin birgə bəyanatında oktyabrın 7-dən bu yana həbslərlə bağlı son məlumatlar paylaşılıb.

Açıqlamada İsrail qüvvələrinin son 24 saat ərzində İordan çayının qərb sahilindəki Hebron, Bethlehem, Ramallah, Tulkerim və Kalkilya şəhərlərində ən az 25 fələstinlini saxladığı bildirilib.

Son həbslərlə oktyabrın 7-dən bəri nəzarətə alınan fələstinlilərin sayı 7450-yə çatıb.

İsrail ordusunun Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb.

Әlaqәli Xәbәrlәr