Rusiya Almaniyanı hədələdi

M.Zaxarova alman zabitləri arasında Krım körpüsünə mümkün hücumla bağlı danışıqların mətbuata sızmasından sonra açıqlama verib ...

2110804
Rusiya Almaniyanı hədələdi

 

  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın hələ də nasistlərdən tam təmizlənmədiyini bildirib və rəsmi Berlini “dəhşətli nəticələr”lə hədələyib.

  M.Zaxarova alman zabitləri arasında Krım körpüsünə mümkün hücumla bağlı danışıqların mətbuata sızmasından sonra açıqlama verib: “Almaniya hələ də nasistlərdən tam azad deyil. Əgər almanlar vəziyyəti düzəltməsələr, Almaniya üçün nəticələri ağır olacaq.

  Almaniya tərəfinin reaksiyasında uyğunsuzluqlar var. Amma biz çox izahat gözləyirik. Boşboğazlıq edir, boş şeylər, “baxarıq” deyirlər. Araşdırmaq deyil, görünənlərə görə məsuliyyət daşımaq lazımdır”.

  Xatırladaq ki, Almaniyanın Rusiya səfiri Aleksandr Lambsdorf da Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomat 70 dəqiqə nazirlikdə olub, lakin heç bir açıqlama verməyib.

  Qeyd edək ki, Almaniya zabitləri arasında Krım körpüsünə hücum imkanlarının qiymətləndirildiyi bildirilən söhbətin səsyazmalarının yayılması Almaniya ilə Rusiya arasında ciddi gərginlik yaradıb. Məlumatın sızmasından sonra Almaniya hökuməti araşdırmaya başladığını bildirib.



Әlaqәli Xәbәrlәr