İsrail Qəzzada qəbiristanlığı bombalayıb

İsrail döyüş təyyarələri Qəzza zolağının şimalındakı Cibaliya qaçqın düşərgəsində daha əvvəl hücumlarda həlak olan yüzlərlə fələstinlinin birlikdə basdırıldığı qəbiristanlığı bombalayıb.

2110411

Qəzzanın şimalındakı Mülki Müdafiə Birliyinin rəhbəri Əhməd əl-Kəhlut İsrail döyüş təyyarələrinin Cibaliya qaçqın düşərgəsində daha əvvəl hücumlarda həlak olan yüzlərlə fələstinlinin dəfn olunduğu qəbiristanlığa hava hücumu təşkil etdiyini bildirib.

Əhməd əl-Kəhlut qəbiristanlıqda basdırılan cəsədlərin bombardman nəticəsində torpaqdan çıxdığını və mülki müdafiə qruplarının cəsədləri yenidən basdırmaq üçün ciddi səy göstərdiyini bildirib.

Qeyd edək ki, oktyabrın 7-dən bəri davam edən qətliamda həlak olan minlərlə insan üçün qəbiristanlıqlarda yer tapa bilməyən Qəzza xalqı cənazələrini kütləvi məzarlıqlarda basdırmaq məcburiyyətində qalır.

Әlaqәli Xәbәrlәr