Kolumbiya prezidenti Latın Amerikası ölkələrinə çağırış edib

Kolumbiya prezidenti Qustavo Petro Latın Amerikası ölkələrini İsrailin Qəzzaya davam edən hücumlarına qarşı "tək səs" olmağa çağırıb.

2109949
Kolumbiya prezidenti Latın Amerikası ölkələrinə çağırış edib

Kolumbiya prezidenti Qustavo Petro Latın Amerikası ölkələrini İsrailin Qəzzaya davam edən hücumlarına qarşı "tək səs" olmağa çağırıb.
Latın Amerikası və Karib Hövzəsi Dövlətləri İcmasının (CELAC) VIII sammitində çıxış edən Petro Qəzzada bəşəriyyətin məhv edildiyini bildirib.
Qustavo Petro Qəzza ilə bağlı ortaq mövqenin müəyyən edilməsi üçün bütün Latın Amerikası ölkələrinin iştirakı ilə görüş tələb edib.
İsrailin Qəzzada davam edən hücumlarını xatırladan Qustavo Petro deyib:"Davam edən Fələstin-İsrail münaqişəsi yeni problem deyil. Bəzi qüvvələr problemi dərinləşdirir və Qəzzada bəşəriyyət məhv edilir". 
Prezident Qustavo Petro ABŞ, Almaniya, Fransa və İngiltərəni tənqid edib və onları İsrailin Qəzzanı bombalamasına dəstək verməkdə ittiham edib.
Kolumbiya mətbuat orqanlarının yaydığı məlumata görə, Qustavo Petronun Qəzza ilə bağlı çağırışına Meksika, Braziliya, Honduras, Çili, Saint Vinsent, Qrenadinlər, Venesuela, Qayana, Baham adaları, Boliviya və Barbados dəstək verib.
İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 13 230-u uşaq, 8 860-ı da qadın olmaqla 30 228 fələstinli həlak olub, 71 377 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr