Zambiyada quraqlıq üzündən "Milli fəlakət və fövqəladə vəziyyət" elan edildi

Paytaxt Lusakada xalqa müraciətində Hiçilema təxminən 1 milyon hektar kənd təsərrüfatı sahəsinə ziyan vuran quraqlıqla əlaqədar deyib ...

2109549
Zambiyada quraqlıq üzündən "Milli fəlakət və fövqəladə vəziyyət" elan edildi

 

  Zambiya prezidenti Hakainde Hiçilema ölkə daxilində quraqlıq səbəbilə "Milli fəlakət və fövqəladə vəziyyət" elan edib.

  Paytaxt Lusakada xalqa müraciətində Hiçilema təxminən 1 milyon hektar kənd təsərrüfatı sahəsinə ziyan vuran quraqlıqla əlaqədar "Milli fəlakət və fövqəladə vəziyyət" elan etdiyini söyləyərək deyib: “Beynəlxalq tərəfdaşları humanitar yardıma çağırırıq. İqtisadiyyatı və sənayeni ayaqda saxlamaq üçün hidroelektrik qaynaqlarındakı itkini enerji idxalı ilə ödəmək məcburiyyətindəyik. 1 milyondan çox ev təsərrüfatı quraqlıqdan mənfi təsirlənəcək. Kredit şirkətlərindən Zambiyanın borclarını yenidən strukturlaşdırmalarını istəyirik.”

  Qeyd edək ki, ötən həftə ölkədə aclıq təhlükəsi üzündən qarğıdalı və ununun ixracı qadağan edilib.

  Xarici borclarını ödəyə bilmədiyi üçün defolta gedən Zambiyanın Çin başda olmaqla bir çox ölkənin kredit şirkətinə borcu var.



Әlaqәli Xәbәrlәr