Sergey Lavrov Fransa prezidentinin açıqlamasına gülərək münasibət bildirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərmə ilə bağlı açıqlamasına gülərək münasibət bildirib.

2109838

Sergey Lavrov 2024 Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyenin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Görüşdən sonra mətbuat mənsubları Sergey Lavrova cari məsələlərlə bağlı suallar veriblər.
Jurnalistlərin Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərmə ilə əlaqədar açıqlaması ilə bağlı sualına gülərək münasibət bildirib və gündəmdəki digər aktual məsələlərlə bağlı sualları cavabsız qoyub.
Fevralın 26-da Fransanın ev sahibliyində keçirilən Ukraynaya dəstək konfransının bağlanışında çıxış edən Fransa prezidenti Emmanuel Makron deyib: “Rusiyanın bu müharibədə qalib gəlməsinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik''.
Emmanuel Makron bu məqsədə nail olmaq üçün “hər şeyin mümkün olduğu'' ilə bağlı mesaj verib.

Әlaqәli Xәbәrlәr