İsrailin hücumları nəticəsində həyatını itirən fələstinlilərin sayı 30 mini keçib

İsrail ordusunun mühasirə altındakı Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində həlak olanların sayı son 24 saatda 193 nəfər artaraq 30 228 nəfərə, xəsarət alanların sayı da 71 377 minə çatıb.

2109781

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin yaydığı bəyanatda İsrailin 147 gündür davam edən hücumları ilə bağlı məlumat verilib.

İsrailin sutka ərzində Qəzzada dinc sakinləri hədəf aldığı hücumlarda daha 193 fələstinlinin öldüyü, 920 fələstinlinin də yaralandığı qeyd edilib.

İsrail ordusunun 2023-cü ilin 7 oktyabrından etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həlak olan fələstinlilərin sayının 30 228-ə, yaralıların sayının isə 71 bin 377-yə yüksəldiyi bildirilib.

Dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Әlaqәli Xәbәrlәr