Metyu Miller Dnestryanı bölgədəki vəziyyəti qiymətləndirib

ABŞ Moldovanın separatçı bölgəsinin Rusiyadan kömək istəməsindən sonra bölgədəki vəziyyəti diqqətlə izləyir.

2109274
Metyu Miller Dnestryanı bölgədəki vəziyyəti qiymətləndirib

ABŞ Moldovanın separatçı bölgəsinin Rusiyadan kömək istəməsindən sonra bölgədəki vəziyyəti diqqətlə izləyir.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller açıqlama verib.
“Rusiyanın Avropada getdikcə daha aqressiv rol oynadığını nəzərə alaraq, biz onun Dnestryanı bölgədəki hərəkətlərini və ümumilikdə oradakı vəziyyəti diqqətlə izləyirik'',-Metyu Miller qeyd edib.
Metyu Miller həmçinin deyib: “Amerika Birləşmiş Ştatları Moldovanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü güclü şəkildə dəstəkləyir və biz Kişinyov və Tiraspolu birlikdə işləməyə və Dnestr çayının hər iki sahilindəki icmaların problemlərinin həllini birgə həll etməyə çağırırıq”.
Moldovanın separatçı bölgəsinin nümayəndələri administrasiyanın iqtisadi problemlərini həll edə bilmədiklərini irəli sürərək Rusiya administrasiyasından “kömək” istədiklərini bəyan etmişdilər.



Әlaqәli Xәbәrlәr