BMT: Qəzzaya humanitar yardımın artırıla bilməsi üçün bütün seçimlər masadadır

BMT Qəzzaya humanitar yardımın artırıla bilməsi üçün havadan endirmə sistemi də daxil olmaqla bütün seçimlərin masada olduğunu bildirib.

2108882
BMT: Qəzzaya humanitar yardımın artırıla bilməsi üçün bütün seçimlər masadadır

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzaya humanitar yardımın artırıla bilməsi üçün havadan endirmə sistemi də daxil olmaqla bütün seçimlərin masada olduğunu bildirib.

(BMT) sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərə açıqlama verib.

Qəzza zolağına havadan yardımların endirilməsinin çətinlikləri olduğunu və birinci seçim olmadığını qeyd edən Dujarrik seçimlərinin qurudan yardım etmək olduğunu bildirib.

Sözçü Dujarrik yardımı artırmaq üçün daha çox yol və giriş nöqtələrinin açılmasını istəyib:

"Havadan yardım endirmə bizim üstünlük verdiyimiz seçim deyil, lakin hər seçim masadadır".

Dujarrik münaqişə davam edərkən yardımın göstərilməsinin həm humanitar yardım işçilərinin, həm də yardım alanların həyatını təhdid etdiyini, buna görə də humanitar atəşkəsə çağırdıqlarını vurğulayıb.

Digər tərəfdən, Qəzza zolağının şimalına ilk dəfə olaraq təyyarələrlə “məhdud miqdarda” ərzaq yardımının çatdırıldığı bildirilib.

Şahidlər “Müharibə başlayandan (7 oktyabr) ilk dəfə olaraq milliyyəti naməlum təyyarələr mühasirəyə alınan Qəzza zolağının şimalına, Cibaliyadakı İndoneziya xəstəxanasının ətrafına onlarla ərzaq qutusunu yerə atıblar" deyiblər.

Şahidlərin bildirdiyinə görə, təyyarələr Qəzza şəhərinin qərbindəki Rimal rayonundakı Naməlum Əsgər Parkına ikinci yardım qutularını atıblar.

Fələstin mənbələri, paraşütlə təyyarələrdən atılan yardımın humanitar fəlakətin baş verdiyi Qəzza zolağı üçün “çox məhdud” olduğunu bildirib.

Oktyabrın 7-dən İsrailin Qəzza zolağına şiddətli hücumları nəticəsində əksəriyyəti uşaq olmaqla 30 mindən çox fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr