Avropa Parlamenti Qəzzada “dərhal və daimi atəşkəs”ə çağırıb

Avropa Parlamenti (AP) ilk dəfə olaraq İsrailin hücumlarını davam etdirdiyi Qəzzada “dərhal və daimi atəşkəs”ə çağırıb.

2108839
Avropa Parlamenti Qəzzada “dərhal və daimi atəşkəs”ə çağırıb

Avropa Parlamenti (AP) ilk dəfə olaraq İsrailin hücumlarını davam etdirdiyi Qəzzada “dərhal və daimi atəşkəs”ə çağırıb.
AP Baş Assambleyasında “Dünyada insan haqları və demokratiyanın vəziyyəti və Aİ-nin buna dair siyasəti” mövzusunda hazırlanan 2023-cü il hesabatı lehinə 265, əleyhinə 253 və bitərəf 10 səslə qəbul edilib.

AP-dəki Sol Qrup üzvlərinin dəyişiklik tələb etdiyi hesabatın 62-ci maddəsinə “Qəzzada dərhal və daimi atəşkəs çağırışı” əlavə edilib.

Yenidən işlənmiş və təsdiqlənmiş yeni hesabatda “Aİ, onun üzv dövlətləri və beynəlxalq ictimaiyyət, xüsusən də hər kəsin qida və suya fasiləsiz çıxışını təmin etmək üçün Qəzza zolağında təcili və daimi atəşkəsə çağırılır” deyilib.

Beləliklə, AP ilk dəfə olaraq Qəzzada atəşkəsə çağırıb. Yanvarın 18-də qəbul edilən qərarda “daimi atəşkəs” bütün əsirlərin azad edilməsi və "Həmas"ın ləğvi şərti qoyulub.

Oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına şiddətli hücumları nəticəsində əksəriyyəti uşaq olan 30 mindən çox fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr