Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib

Ukrayna prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb.

2108373
Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib

Ukrayna prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb.

Səudiyyə Ərəbistanı xəbər agentliyinin (SPA) məlumatına görə, Volodimir Zelenski və onu müşayiət edən nümayəndə heyəti paytaxt Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanında Ər-Riyad əmiri vəzifəsini icra edən şahzadə Məhəmməd bin Əbdülrəhman bin Əbdüləziz tərəfindən qarşılanıb.

Əl-Ərəbiyyə telekanalı Zelenskinin səfəri çərçivəsində vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşdüyünü açıqlayıb.

Bildirilib ki, görüş zamanı ikitərəfli münasibətlər nəzərdən keçirilib, əməkdaşlığın gücləndirilməsi və “Rusiya-Ukrayna böhranı”nın həlli üçün dialoq imkanları müzakirə edilib.

Xatırladaq ki, Volodimir Zelenski ötən ilin may ayında da  Səudiyyə Ərəbistanına da səfər edib.

Rəsmi Ər-Riyad Rusiya ilə Ukrayna arasında böhranın həllində və ya əsirlərin mübadiləsində rol oynayıb.

Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasının sədri Vyaçeslav Volodin də ötən gün Ər-Riyadda vəliəhd şahzadə bin Salmanla görüşmüşdü.



Әlaqәli Xәbәrlәr