Ukrayna Rusiyaya mәxsus iki ‘’Su-34’’ tipli döyüş tәyyarәsini vurdu

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Olesşuk Rusiyaya məxsus 2 "Su-34" tipli döyüş təyyarəsini vurduqlarını açıqlayıb.

2108219
Ukrayna Rusiyaya mәxsus iki ‘’Su-34’’ tipli döyüş tәyyarәsini vurdu

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Olesşuk Rusiyaya məxsus 2 "Su-34" tipli döyüş təyyarəsini vurduqlarını açıqlayıb.

Olesçuk Rusiyaya məxsus iki döyüş təyyarəsini vurduqlarını ifadə edərək deyib:"Dünən rus pilotları raketlərimizdən qaçmağı bacardılar, lakin bu həmişə belə olmayacaq. Bu səbəbdən də  mən işğalçılara hər uçuşdan əvvəl ailələrini görmələrini tövsiyə edirəm''.

Ukrayna ordusunun “Tavriya” əməliyyat-strateji bölməsinin komandiri Aleksandr Tarnavski də rəsmi internet səhifəsində etdiyi paylaşımda bölmənin məsuliyyət zonasındakı vəziyyəti qiymətləndirib.

Rusiya ordusunun sutka ərzində “Tavriya” bölməsinin yerləşdiyi bölgəyə 45 hava və 81 PUA hücumu təşkil etdiyini bildirən Tarnavski cəbhə xəttində 43 toqquşmanın baş verdiyini bildirib.

Tarnavski dedi: "Avdiyivka istiqamətindəki Tonenke, Orlivka və Berdiçiv yaşayış məntəqələrində müdafiə xətti sabitləşdirilib. Rusiyanın Novomihaylivka və Robotine ərazilərinə hücum cəhdləri uğursuz olub".


Etiketlәr: #Rusiya , #Ukrayna

Әlaqәli Xәbәrlәr