Sergey Lavrov Antalya Diplomatiya Forumuna qatılacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 1-3-də keçiriləcək 3-cü Antalya Diplomatiya Forumunda (ADF) iştirak edəcək.

2108685
Sergey Lavrov Antalya Diplomatiya Forumuna qatılacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 1-3-də keçiriləcək 3-cü Antalya Diplomatiya Forumunda (ADF) iştirak edəcək.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada keçirilən həftəlik mətbuat konfransında nazir Lavrovun proqramı haqqında məlumat verib.
Lavrovun Türkiyeyə səfər edəcəyini bildirən Mariya Zaxarova deyib::
"Lavrov Türkiyenin xarici işlər nazirinin dəvəti ilə Antalya Diplomatiya Forumunda iştirak etmək üçün martın 1-2-də Türkiyeyə səfər edəcək. Lavrovun Hakan Fidanla da  görüşü planlaşdırılır". 
Mariya Zaxarova bildirib ki, iki nazirin görüşü zamanı regional və beynəlxalq məsələlər, o cümlədən Türkiye ilə Rusiya arasında enerji, təhlükəsizlik, bank və turizm sahələrində əməkdaşlıq, Ukrayna, Cənubi Qafqaz, Fələstin, Suriya və Liviyadakı vəziyyət müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr