İsrail qüvvələri İordan çayının qərb sahilində 35 fələstinlini saxlayıb

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinə etdiyi basqınlar zamanı azı 35 fələstinlini həbs edilib.

2108681
İsrail qüvvələri İordan çayının qərb sahilində 35 fələstinlini saxlayıb

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinə etdiyi basqınlar zamanı azı 35 fələstinlini həbs edilib.
Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına tabe olan  əsir və azad edilənlər heyətinin yaydığı birgə bəyanatda oktyabrın 7-dən bu yana həyata keçirilən həbslərlə bağlı son məlumatlar paylaşılıb.
Bəyanatda son 24 saat ərzində İsrail qüvvələrinin İordan çayının qərb sahilinə təşkil etdiyi basqınlarda aralarında uşaqların da olduğu azı 35 nəfərin saxlanıldığı bildirilib.
Sözügedən basqınların İordan çayının qərb sahilinin Yata, Beytləhm, Cenin və Ramallah şəhərlərində və Qüdsdə həyata keçirildiyi qeyd edilib.
Basqınlar zamanı İsrail qüvvələrinin fələstinliləri döydüyü, onların evlərinə və maşınlarına ziyan vurduğu vurğulanıb.
Oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə saxlanılan fələstinlilərin sayının 7305-ə yüksəldiyi qeyd edilib.

İsrail ordusunun 7 oktyabrdan bəri işğal altındakı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə fələstinlilərə qarşı hücumları artıb.



Әlaqәli Xәbәrlәr