BMT-də Qəzzadakı qətliam müzakirə edildi

Beynəlxalq Ədalət Məhkəməsindən sonra Qəzzadakı qətliam Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasında da müzakirə edilib.

2108747
BMT-də Qəzzadakı qətliam müzakirə edildi

Beynəlxalq Ədalət Məhkəməsindən sonra Qəzzadakı qətliam Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasında da müzakirə edilib.

İsveçrənin Cenevrə şəhərində keçirilən sessiyada atəşkəs, embarqoların aradan qaldırılması, iki dövlətli həll və humanitar yardımların ölkəyə girişinə icazə verilməsi kimi məsələlər müzakirə edilib.

Görüşdə Türkiyeni xarici işlər nazirinin müavini Əhməd Yıldız təmsil edib.

“Birinci prioritet atəşkəslə yanaşı, İsrail və "Həmas" arasında atəşkəs, girov mübadiləsi, mülki şəxslərin və əsirlərin mübadiləsi, sonra isə danışıqlar masasına qayıtmaqdır”, -deyə Əhməd Yıldız qeyd edib.

Əhməd Yıldız İsrailin Fələstin torpaqlarında törətdiyi qırğınlara dəstək verən ölkələri də tənqid edərək, bəzi ölkələrin İsraili təşviq etdiyini bildirib.

Fələstin xarici işlər naziri Riyad əl-Maliki də Tel-Əviv rəhbərliyinə reaksiya verib:

“İsrailin Baş naziri Benyamin Netanyahu fələstinliləri öldürməyə davam etmək istəyir. İsrail Qəzzanı yaşanmaz hala gətirməyə cəhd edir".

Fələstin xarici işlər naziri vurğulayıb ki, Netanyahu dayandırılmasa, bölgə alov içində qalacaq.

Qeyd edək ki, İsrail ordusunun 7 oktyabrdan bəri xalqın aclıqdan əziyyət çəkdiyi blokadadakı Qəzza zolağına həyata keçirdiyi hücumlarda can itkisi son 24 saatda 76 nəfər artaraq 29 min 954 nəfərə çatıb.



Әlaqәli Xәbәrlәr