Qızıl Xaç Komitəsi Qəzzadakı vəziyyətlə bağlı bəyanat verdi

Qəzza zolağında ciddi ərzaq çatışmazlığının olduğu və bölgədə aclıq riskinin günü-gündən artdığı bildirilib.

2108115
Qızıl Xaç Komitəsi Qəzzadakı vəziyyətlə bağlı bəyanat verdi

Qəzza zolağında ciddi ərzaq çatışmazlığının olduğu və bölgədə aclıq riskinin günü-gündən artdığı bildirilib.
Beynəlxalq Qızıl Xaç Komitəsi və Qızıl Aypara Cəmiyyəti Federasiyasının (IFRC) baş katibi Caqan Çapaqain rəsmi ''X'' internet səhifəsində Qəzzadakı vəziyyətlə bağlı paylaşım edib.
“Qəzzada ciddi ərzaq təhlükəsizliyi var” ifadələrini işlədən  Caqan Çapaqain vurğuladı ki, əhalinin təxminən 80 faizi hazırda kəskin ərzaq təhlükəsizliyi riski ilə üz-üzədir.
Çapaqain Fələstin Qızıl Aypara Cəmiyyətinin hesabatlarına istinad edərək, sığınacaq mərkəzlərində olan 1 milyondan çox uşaq və qocanın susuzluq, həzm, tənəffüs və dəri xəstəlikləri, həmçinin anemiya riski altında olduğunu bildirib.
Qəzzada insanların hər gün bu reallıqla üzləşdiyinə diqqət çəkən Çapaqain həyati əhəmiyyət kəsb edən humanitar yardımların paylanmasını asanlaşdırmaq üçün təhlükəsiz və maneəsiz humanitar əlçatanlıq çağırışını təkrarlayıb.
Oktyabrın 7-dən bəri İsrailin bölgədə həyata keçirdiyi hücumlarda əksəriyyəti uşaq olmaqla 30 minə yaxın fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr