İsrailin hücumları nəticəsində həyatını itirən fələstinlilərin sayı 29 878-ə yüksəlib

İsrail ordusunun blokada altında olan, xalqın ac-susuz qalmaq məcburiyyətində qaldığı Qəzza zolağına həyata keçirdiyi hücumlarda can itkisi son 24 saatda 96 nəfər artaraq 29 min 878-ə çatıb.

2108021

Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin 144 gündür həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

İsrail ordusunun Qəzza zolağında son 24 saat ərzində həyata keçirdiyi 11 qırğın nəticəsində daha 96 nəfərin öldüyü, 172 nəfərin yaralandığı bildirilib.

Buna görə, oktyabrın 7-dən etibarən Qəzzada öldürülən fələstinlilərin sayının 29 min 878-ə, yaralıların sayının isə 70 min 215-ə yüksəldiyi qeyd edilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Әlaqәli Xәbәrlәr