ABD və İngiltərə Hudeydə şəhərinə 5 hava zərbəsi endirib

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ və İngiltərənin ölkənin qərbindəki Hudeydə şəhərinə 5 hava zərbəsi endirdiklərini bildirib.

2107771
ABD və İngiltərə Hudeydə şəhərinə 5 hava zərbəsi endirib

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ və İngiltərənin ölkənin qərbindəki Hudeydə şəhərinə 5 hava zərbəsi endirdiklərini bildirib. 
Husilərə məxsus "El-Mesire" telekanalının xəbərinə görə, ABŞ və İngiltərə döyüş təyyarələri Hudeydə şəhərinin Əs-Salif rayonundakı Ras İsa bölgəsini hədəfə alıb.

Xəbərlərdə 5 dəfə endirilən hava zərbəsi nəticəsində insan tələfatı və ya dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, Hudeyda şəhəri uzun sahil xəttinə malik olmaqla yanaşı, üç mühüm limana da ev sahibliyi edir. Husilərin nəzarətində olan Es-Salif sahil bölgəsində də mühüm liman var.

Husilərin Qırmızı dənizdəki İsrail gəmilərini və müttəfiqlərini hədəf alan hücumlarına cavab olaraq ABŞ və İngiltərə Hudeydə şəhərinə qarşı əməliyyatlarını artırıb.

Husilər ötən gün də ABŞ və İngiltərənin paytaxt Səna da daxil olmaqla 3 şəhərə 25 hava hücumu təşkil etdiyini, 1 mülki vətəndaşın öldüyünü, 6 nəfərin isə yaralandığını açıqlayıb.

İranın dəstəklədiyi husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq oktyabrın 31-də İsrail şirkətlərinə bağlı olduqlarını söylədikləri Yəmən sahillərində ticarət gəmilərini ələ keçirməyə və bəzilərinə pilotsuz uçuş aparatları və raketlərlə hücum etməyə başlayıblar.
ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze pilotsuz təyyarələri vurduqlarını açıqlayıb.

Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.



Әlaqәli Xәbәrlәr