Fələstin hökuməti istefa verib

Fələstinin Baş naziri Məhəmməd Məhəmməd Ştaye və hökuməti istefa verib.

2107495
Fələstin hökuməti istefa verib

Fələstinin Baş naziri Məhəmməd Məhəmməd Ştaye və hökuməti istefa verib.

Baş nazir bu barədə ərizəsini Fələstin dövlətinin başçısı Mahmud Abbasa təqdim edib.

Bildirilib ki, yeni hökumət formalaşanadək o, Nazirlər Kabinetinə başçılıq edəcək.

Məlumata görə, bu həftə Fələstin İnvestisiya Fondunun rəhbəri Məhəmməd Mustafanın başçılığı ilə yeni hökumətin formalaşacağı gözlənilir.

Məhəmməd Ştaye Qəzza zolağında baş verən proseslər fonunda qarşıdakı dövrdə hökumət səviyyəsində yeni tənzimləmələrə ehtiyac olduğunu bildirib.

Məhəmməd Ştaye Fələstin dövləti qurulana qədər İsrailə qarşı mübarizəni davam etdirəcəklərini vurğulayıb.



Әlaqәli Xәbәrlәr