“Dinamik Manta-2024 (DYMA 24)” təlimi keçirilir

“Dinamik Manta-2024 (DYMA 24)” təlimi 26 fevral – 8 mart tarixləri arasında keçiriləcək.

2107409
“Dinamik Manta-2024 (DYMA 24)” təlimi keçirilir

NATO tərəfindən suüstü və sualtı döyüşlərdə müttəfiq ölkələr arasında əməkdaşlığın təkmilləşdirilməsi və təlim səviyyəsinin artırılması məqsədilə təşkil edilən “Dinamik Manta-2024 (DYMA 24)” təlimi 26 fevral – 8 mart tarixləri arasında keçiriləcək.

NATO Müttəfiq Dəniz Komandanlığından (MARCOM) verilən yazılı açıqlamaya görə, MARCOM tərəfindən təşkil edilən və İtaliya Dəniz Qüvvələrinin ev sahibliyi ilə bu gün başlayacaq və martın 8-dək davam edəcək təlimə NATO müttəfiqləri Türkiye, Kanada, Fransa, Almaniya, Yunanıstan, İtaliya, İspaniya və Böyük Britaniya və ABŞ iştirak edir.

İtaliyanın cənubundakı Siciliya adasının sahillərində həyata keçiriləcək təlim çərçivəsində 9 ölkənin müttəfiq gəmiləri, sualtı qayıqları və dəniz patrul təyyarələri birgə təlim üçün bir araya gələcək.

"Dynamic Manta 2024" təlimi bütün iştirakçı ölkələrin qoşunları və elementlərinə davamlı inkişaf edən sualtı şərtlərində sualtı ekipajının, su səthinin aşağısındakı istənilən təhdidə cavab verməsi mövzusunda  qarşılıqlı fəaliyyət qabiliyyətini və bacarıqlarını artırmaq məqsədi daşıyır.

Aralıq dənizindəki ən böyük və mürəkkəb sualtı müdafiə hərbi tədbiri kimi təsvir olunan təlimdə cari il Türkiye Hərbi Dəniz Qüvvələrinə məxsus Preveza sinifli sualtı qayıqlar TCG Anafartalar (S-356) və Gabya sinifli freqatları TCG Gediz (F-495) iştirak edəcək.



Әlaqәli Xәbәrlәr