Amerikalı əsgər özünü yandıraraq Qəzzadakı soyqırıma etiraz etdi

Videoda əsgər uniforması geyinmiş Buşnell özünü ABŞ Hərbi Hava Qüvvələrinin fəal əsgəri kimi təqdim edir və “Mən daha soyqırımda iştirak etməyəcəyəm” deyir

2107257
Amerikalı əsgər özünü yandıraraq Qəzzadakı soyqırıma etiraz etdi

 

  ABŞ-da Hərbi Hava Qüvvələri əsgəri Vaşinqtonda İsrail səfirliyi qarşısında özünü yandıraraq Qəzzadakı soyqırıma etiraz etdi.

  ABŞ Hərbi Hava Qüvvələrində həqiqi hərbi xidmətdə olan 25 yaşlı Aaron Buşnellin etirazı və özünü yandırması görüntüləri sosial mediada yayılıb.

  Videoda əsgər uniforması geyinmiş Buşnell özünü ABŞ Hərbi Hava Qüvvələrinin fəal əsgəri kimi təqdim edir və “Mən daha soyqırımda iştirak etməyəcəyəm” deyir.

  Aaron Bushnell Vaşinqtonda İsrail səfirliyinin qarşısında "İndi mən kifayət qədər şiddətli etiraz aksiyası keçirəcəyəm, lakin mənim hərəkətim fələstinlilərin işğalçıların qarşısında yaşadıqları yanında o qədər də böyük iş deyil" deyərək başına benzin tökür və nəfəsi kəsilənə qədər "Fələstinə azadlıq" qışqıraraq özünü yandırır.

  Səfirlik polisi "Sənə kömək edim!”, digər polis “Yerə yıxıl!” deyə qışqırırlar.

  Vaşinqton Yanğın və Təcili Tibbi Yardım Xidməti rəsmiləri özünü yandıran şəxsi təcili bölgə xəstəxanasına aparıb və vəziyyətinin ağır olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr