“İsrailin bu yeni planı təxribatçı və təhlükəlidir", C.Borel

“X” hesabında verdiyi açıqlamada bu yaşayış məntəqələrinin bölgədə təhlükəsizlik və gərginlik mühitini artırdığını bildirən C.Borell yazıb ...

2107027
“İsrailin bu yeni planı təxribatçı və təhlükəlidir", C.Borel

 

  Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cosep Borrell İsrailin iki həftə ərzində işğal altındakı İordan çayının qərb sahilində 3300-dən çox qeyri-qanuni yaşayış yeri tikmək planını "təxribatçı və təhlükəli" adlandırıb.

  “X” hesabında verdiyi açıqlamada bu yaşayış məntəqələrinin bölgədə təhlükəsizlik və gərginlik mühitini artırdığını bildirən C.Borell yazıb: “Bu, sülh səylərinə mane olur və beynəlxalq hüququn ciddi şəkildə pozulmasına gətirib çıxarır”.

  Qeyd edək ki, İsrail hökuməti işğal altındakı İordan çayının qərb sahilindəki Beytləhm şəhəri yaxınlığındakı Maale Adumim yəhudi qəsəbəsində 2350, Kedarda təxminən 300 və Efrat qeyri-qanuni yəhudi qəsəbəsində 700 evin tikintisini planlaşdırıb.

  Amerika Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken də bu işdən “məyus” olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr