Bu müharibə görünməmiş dağıntılara səbəb olub

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Yasareviç (Jasareviç) və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə koordinasiya ofisinin (OCHA) sözçüsü Yens (Jens) Laerke suallara yazılı cavab veriblər

2106969
Bu müharibə görünməmiş dağıntılara səbəb olub

 

  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Yasareviç (Jasareviç) Qəzzada 2023-cü ilin 7 oktyabrından davam edən müharibənin görünməmiş dağıntılara səbəb olduğunu bildirib.

  T.Yasareviç və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə koordinasiya ofisinin (OCHA) sözçüsü Yens (Jens) Laerke İngiltərə və ABŞ universitetlərində aparılan araşdırmanın “Qəzzada atəşkəs elan olunsa belə, 11.580 adam 2024-cü ilin avqust ayına qədər epidemiya, xəstəlik və yaralanma kimi müxtəlif səbəblərdən həyatını itirə bilər? İsrailin hücumları bu gün dayansa, qəzzalıları nə gözləyir? Hərbi hücumlardan sonrakı vəziyyət üçün hansı hazırlıqlarınız var?" suallarına yazılı cavab veriblər.

  Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Tarik Yasareviç deyib: "Qəzzada müharibə görünməmiş dağıntılara səbəb olub. Mülki infrastruktur, o cümlədən evlər, xəstəxanalar, məktəblər və su obyektlərinin 70-80 faizi dağılıb, ya ciddi şəkildə zədələnib. İnfrastrukturun, o cümlədən Qəzzada çətinliklə duran səhiyyə sisteminin təmiri onilliklər çəkəcək və ümumi iqtisadi zərərin bərpası on milyardlarla dollara başa gələcək”.

  OCHA-nın mətbuat katibi Yens Laerke sözügedən mövzu ilə bağlı bunları söyləyib: "Ölümcül nəticələrə səbəb olan təkcə müharibə və bombardman deyil, səfalətin artması, ictimai sağlamlıq böhranı və aclıqdan ölmədir. Döyüş bölgəsinə yardım çatdırmaq üçün əlimizdən gələni edirik. Uzun müddətdir, humanitar əsaslarla atəşkəsə çağırırıq”.



Әlaqәli Xәbәrlәr