“Bu, ABŞ-ın tarixində ən böyük deportasiya olacaq”, D.Tramp

Bu barədə o, Vaşinqtonda keçirilən illik Mühafizəkar Siyasi Fəaliyyət Konfransında belə deyib ...

2107026
“Bu, ABŞ-ın tarixində ən böyük deportasiya olacaq”, D.Tramp

 

  ABŞ-ın sabiq prezidenti Donald Tramp 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə, ABŞ tarixində ən böyük miqrant deportasiyasına başlayacağını bildirib. Bu barədə o, Vaşinqtonda keçirilən illik Mühafizəkar Siyasi Fəaliyyət Konfransında deyib: "Bu, ölkəmizin tarixində ən böyük deportasiya olacaq. Bizim seçimimiz yoxdur".

  Siyasətçi qeyri-qanuni miqrasiyanı ölkə üçün təhlükə adlandırıb. "Bu, yaxşı deyil və mən bunu söyləməyə nifrət edirəm. Mediadakı klounlar deyəcəklər: “O, çox qəddardır”. Xeyr. Qanunsuz miqrantlar xalqımızı öldürürlər”, - deyə eks-prezident əlavə edib. Onun sözlərinə görə, miqrantlar ABŞ-da heç kimin eşitmədiyi dillərdə danışırlar.

  Tərəfdarları qarşısında çıxış edən 77 yaşlı Tramp özünü “siyasi dissident” kimi qələmə verib və 91 cinayət ittihamı ilə üzləşməsindən təəssüflənib. "Mən bu gün sizin qarşınızda təkcə keçmiş və ümid edirəm, gələcək prezidentiniz kimi deyil, həm də qürurlu siyasi dissident kimi dayanıram. Mən dissidentəm", - o deyib.

  Donald Tramp ABŞ-ın Merilend ştatında Amerika Mühafizəkarlar İttifaqının ənənəvi Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC 2024) da çıxış edib: “4 il əvvəl ABŞ prezidenti Co Bayden seçiləndə mən ölkə sərhədlərinin ortadan qalxacağı, orta təbəqənin böyük bir hissəsinin məhv olacağı və şiddətli cinayətlərin artacağı barədə xəbərdarlıq etdim. Haqlı çıxdıq. Bayden yenidən seçkiləri qazanarsa, hər şey daha da pisləşəcək, immiqrantların sayı 50 milyonu keçəcək, səhiyyə, sosial təminat və təhsil sistemi çökəcək, quldur dəstələri ABŞ-ı işğal edəcək, Çin ABŞ-da hökmranlıq etmək istəyəcək.

  Mənim prezidentliyim dövründə müharibə olmadı. Vəzifədə olsaydım, nə İsrailə hücum, nə də Ukraynada müharibə olardı. Mənim vaxtımda İran müflis idi, “Həmas” və “Hizbullah”ı maliyyələşdirə biləcək vəziyyətdə deyildi, indi rəsmi Tehran yenidən varlanıb.

  Bayden demokratiya üçün təhlükədir”.



Әlaqәli Xәbәrlәr