İordan çayının qərb sahilində İsrail qüvvələrinin basqınlarına qarşı etiraz aksiyası keçirildi

İsrailin mühasirə altındakı Qəzza zolağına hücumları işğal altındakı İordan çayının qərb sahilinin Ramallah şəhərində etirazla qarşılanıb.

2106762

Ramallahın Menera meydanına toplaşan və Fələstin bayraqları qaldıran  nümayişçilər Qəzza zolağında aclıq siyasətini pisləyən şüarlar səsləndirib və İsrail işğalına qarşı “birlik” çağırışı ediblər.

Fələstin Demokratik Xalq Azadlıq Cəbhəsinin Siyasi Bürosunun üzvü Rəmzi Rabah deyib: Xalqımız müharibənin sonunda öz sözünü deyəcək və İsrail ilə Amerikanın bütün layihələrindən vaz keçəcək''.

Rabah İsrailin baş naziri Benyamin Netanyahunun hücumdan sonra hazırladığı planı pisləyib və deyib:"Bütün bu planlar iflasa uğrayacaq və həll yolları bölgədəki müqavimət döyüşçüləri tərəfindən tətbiq ediləcək. Xalqımız da bizim haqqımızı və milli layihəmizi hədəf alan bütün İsrail layihələrinə qarşı birləşəcək."

Әlaqәli Xәbәrlәr