Antonio Quterreş: ''Ukraynadakı müharibə Avropanın ürəyində qanayan yara olaraq qalmağa davam edir''

Birləşmiş Millətlər Təşkilatının  baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə sessiyasında çıxış edib.

2106745
Antonio Quterreş: ''Ukraynadakı müharibə Avropanın ürəyində qanayan yara olaraq qalmağa davam edir''

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş deyib:"Ukraynadakı müharibə Avropanın ürəyində qanayan yara olaraq qalmağa davam edir''.
Birləşmiş Millətlər Təşkilatının  baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı sessiyasında çıxış edib.
BMT Nizamnaməsi və beynəlxalq hüququn dünyanı müharibədən qorumaq üçün bir yol xəritəsi təqdim etdiyini ifadə edən Antonio Quterreş deyib: "Ancaq Rusiyanın Ukraynaya hərtərəfli müdaxiləsi hər ikisini pozdu".
Mövcud dünya nizamını “xaotik” adlandıran Antonio Quterreş bildirib ki, artıq ədalətli sülh əldə edilməlidir.
Müharibə zamanı hər kəsin əziyyət çəkdiyinə diqqət çəkən Antonio Quterreş Ukrayna xalqının müharibə səbəbindən ciddi ağrı-acı yaşadığını vurğulayıb.
10 mindən çox mülki vətəndaşın  öldürüldüyünü, xəstəxanaların, məktəblərin, səhiyyə müəssisələrinin və mülki infrastrukturun məhv edildiyini bildirən Antonio Quterreş BMT-nin genişmiqyaslı zorakılıqları qeydə aldığını bildirib.
Rusiya ordusunun mülki şəxslərə və əsirlərə qarşı işgəncə və cinsi zorakılıq aktlarının sənədləşdirildiyini bildirən Antonio Quterreş deyib: "Bunu törədənlər məsuliyyətə cəlb edilməlidir''.
Ukraynalı ailələrin uşaqlarını itirməkdən qorxduğunu qeyd edən Antonio Quterreş Ukraynadan çıxarılan bütün uşaqların ailələrinə qovuşmasının vacibliyini vurğulayıb.
Antonio Quterreş 4 milyona yaxın ukraynalının yurd-yuvalarından didərgin düşdüyünü, onlardan 1 milyonunun uşaq olduğunu, ölkədə 14 milyondan çox insanın humanitar yardıma ehtiyacı olduğunu bildirib.
Rusiyanın Krımı qeyri-qanuni ilhaqından 10 il keçdiyini xatırladan Antonio Quterreş deyib: "Ukraynadakı müharibə Avropanın ürəyində qanayan yara olaraq qalmaqda davam edir''.
Müharibənin rus xalqına da zərər verdiyini ifadə edən Antonio Quttereş  minlərlə rus gəncinin cəbhədə həlak olduğunu, münaqişənin genişlənmə riskinin yüksək olduğunu bildirib.
Müharibənin bütün dünyada geosiyasi parçalanmaları dərinləşdirdiyini deyən Quterreş bunun diqqətin digər aktual qlobal problemlərə yönəlməsinə mane olduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr