ABŞ Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq etmək qərarına gəldi

Ağ Evin rəsmi saytında verilən açıqlamaya görə ...

2106741
ABŞ Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq etmək qərarına gəldi

 

  Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden rusiyalı dissident Aleksey Navalnının həbsxanada ölümünə görə Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq etmək qərarına gəldiklərini açıqlayıb.

  Ağ Evin rəsmi saytında verilən məumata görə, Bayden Rusiya ilə Ukrayna arasında müharibənin ikinci ili ərəfəsində paylaşdığı mesajında ​​Navalnının ölümü ilə əlaqədar rəsmi Moskvaya qarşı yeni sanksiyalar elan edib. O bəyan edib ki, A.Navalnının ölümü və Rusiya-Ukrayna müharibəsinin ikinci ili ilə əlaqədar Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq olunacaq.

  Bayden: "Sanksiyalar Rusiyanın maliyyə və müdafiə sektorunu, eləcə də “Navalnının həbsi ilə əlaqəsi olan” insanları əhatə edəcək. Putini xaricdəki təcavüzü və daxildəki repressiyaları üçün daha ağır bədəl ödəyəcək... Rusiyaya dolayı dəstək verdiyi səbəbilə təxminən 100 təşkilata da yeni ixrac məhdudiyyətləri qoyulub".



Әlaqәli Xәbәrlәr