ABŞ və İngiltərə Hudeydə şəhərinə 11 dəfə hücum təşkil edib

Yəməndəki husilər ABŞ və İngiltərənin qərbdəki Hudeydə şəhərinə səhər saatlarından etibarən 11 hücum təşkil etdiyini açıqlayıb.

2105837
ABŞ və İngiltərə Hudeydə şəhərinə 11 dəfə hücum təşkil edib

Yəməndəki husilər ABŞ və İngiltərənin qərbdəki Hudeydə şəhərinə səhər saatlarından etibarən 11 hücum təşkil etdiyini açıqlayıb.

Husilərə məxsus "el-Mesire" telekanalının xəbərinə görə, ABŞ və İngiltərə beşinci dəfə Hudeydə şəhərinin əl-Salif rayonundakı Ras İsa bölgəsinə hava hücumu həyata keçirib.

Səhər saatlarında da ABŞ və İngiltərə hərbi hava qüvvələrinin sahil şəhəri Hudeydeyə 6 hücum təşkil etdiyi açıqlanıb.

Hudeyda uzun sahil zolağına sahib olması ilə yanaşı həyati əhəmiyyətə malik üç limanı əhatə etməsi səbəbindən Yəmənin ən mühüm şəhərlərindən biri kimi qəbul edilir.  

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığının səhər saatlarında verdiyi açıqlamada, husilərin fevralın 19-da Yəmənin Ədən limanına gedən Yunanıstan bayraqlı, ABŞ-a məxsus “M/V Dəniz Çempionu” adlı yük gəmisinə doğru iki gəmi əleyhinə ballistik raket atdıqları bildirilib. 

İranın dəstəklədiyi husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq oktyabrın 31-də İsrail şirkətlərinə bağlı olduqlarını iddia etdikləri Yəmən sahillərində ticarət gəmilərini müsadirə etməyə və bəzilərinə pilotsuz uçuş aparatları və raketlərlə hücum etməyə başlayıb.

ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze pilotsuz təyyarələri vurduqlarını açıqlayıb.

Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.



Әlaqәli Xәbәrlәr