Ulf Kristersson Macarıstana səfər edəcək

İsveçin Baş naziri Ulf Kristersson ölkəsinin NATO-ya üzvlük məsələsini müzakirə etmək üçün fevralın 23-də Macarıstana səfər edəcək.

2105357
Ulf Kristersson Macarıstana səfər edəcək

İsveçin Baş naziri Ulf Kristersson ölkəsinin NATO-ya üzvlük məsələsini müzakirə etmək üçün fevralın 23-də Macarıstana səfər edəcək.

İsveç hökumətindən verilən açıqlamada, səfər çərçivəsində  Macarıstan və İsveç arasında təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın artırılması mövzusunun qiymətləndiriləcəyi bildirilib.
Görüşdən sonra Ulf Kristersson və Macarıstanın Baş naziri Viktor Orbanın birgə mətbuat konfransında çıxış edəcəkləri qeyd olunub.
Macarıstanun hakim ''Fides'' partiyası İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermənin fevralın 26-da keçirilməsi ilə bağlı təklifi dünən parlamentə təqdim edib.
Türkiye İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqlədikdən sonra bütün gözlər Macarıstana çevrildi.
Macarıstan Baş naziri Viktor Orban rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib: ''İsveçin Baş naziri Ulf Kristerssona ölkəsinin NATO-ya daxil olması mövzusunda danışıqlar aparmaq üçün Macarıstana səfər etməsi ilə əlaqədar məktub ünvanladım''.



Әlaqәli Xәbәrlәr