Somali Türkiye ilə müdafiə sahəsində imzalanan əməkdaşlıq müqaviləsini təsdiqləyib

Somali Nazirlər Kabineti Türkiye ilə müdafiə sahəsində imzalanan əməkdaşlıq sazişini təsdiqləyib.

2105463
Somali Türkiye ilə müdafiə sahəsində imzalanan əməkdaşlıq müqaviləsini təsdiqləyib

Somali Nazirlər Kabineti Türkiye ilə müdafiə sahəsində imzalanan əməkdaşlıq sazişini təsdiqləyib.

Somalinin informasiya naziri Daud Aveis "X" sosial media hesabında ölkəsinin Türkiye ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsi ilə bağlı paylaşım edib.

İki ölkə arasındakı razılaşmanın çox əhəmiyyətli bir addım olduğuna diqqət çəkən Aveis deyib:

"Nazirlər kabineti NATO üzvü və Somalinin yaxın müttəfiqi Türkiye ilə imzalanmış müdafiə sahəsində əməkdaşlıq sazişini təsdiqləyib. Bu əlamətdar 10 illik müqavilə Somali hökumətinin suverenliyini qorumaq səylərini əhəmiyyətli dərəcədə gücləndirəcək".

Qeyd edək ki, fevralın 8-də Türkiye ilə Somali arasında müdafiə və təhlükəsizlik məsələlərini də əhatə edən Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Sazişi imzalanıb.

İqtisadi və siyasi problemlərin yaşandığı Somalidə terror təşkilatı Əl-Şəbab illərdir təhlükəsizlik problemi yaratmağa davam edir.



Әlaqәli Xәbәrlәr