Sergey Lavrov Nikolas Maduro ilə görüşüb

Latın Amerikası ölkələrinə səfəri çərçivəsində Kubadan sonra Venesuelaya gedən Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Nikolas Maduro ilə görüşüb.

2105507
Sergey Lavrov Nikolas Maduro ilə görüşüb

Latın Amerikası ölkələrinə səfəri çərçivəsində Kubadan sonra Venesuelaya gedən Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Nikolas Maduro ilə görüşüb.
Nikolas Maduro Rusiya xarici işlər nazirini Karakasdakı Prezident İqamətgahında qəbul edib.
Venesuela Prezidenti Aparatının mətbuat xidmətindən verilən məlumata görə, iki ölkənin nümayəndə heyətləri arasında görüş keçirilib və Venesuela ilə Rusiya arasında dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirildiyi qeyd olunub.
Məlumatda bu ifadələrə yer verilib:"Rəsmi Karakas və Moskva arasında kritik sektorlarda dostluq və həmrəyliyə əsaslanan möhkəm əlaqələr var. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının (BMT) əhəmiyyətini qorumaq üçün daha ədalətli və çoxqütblü dünya nizamının tərəfdarıdır''.
Venesuela Prezidenti Nikolas  Maduro rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda deyib:"Rusiyanın xarici işlər naziri Sergey Lavrovla məhsuldar görüşümüz oldu. Biz bütün strateji sahələrdə Rusiya-Venesuela arasındakı  hərtərəfli əməkdaşlığın gücləndirilməsi üçün bir çox məsələləri müzakirə etdik". 
Segey Lavrovu Venesuelada qəbul etməkdən məmnunluğunu ifadə edən Nikolas Maduro deyib:"Elm, texnologiya, iqtisadiyyat və enerji sahələri ilə bağlı görüşümüz oldu. Biz Rusiya və Venesuela xalqının rifahı üçün mübarizə aparan qardaşlarıq". 
Nazir Sergey Lavrov Venesuelaya səfəri çərçivəsində vitse-prezident Delsi Rodriqes və həmkarı Yvan Gil ilə də görüşüb.
Məlumata əsasən, rusiyalı nazir Venesueladan sonra Braziliyaya səfər edəcək.



Әlaqәli Xәbәrlәr