Pedro Sançes Mərakeşə səfər edib

İspaniyanın Baş naziri Pedro Sançes Mərakeşin paytaxtı Rabatda baş nazir Əziz Ahnouş və Mərakeş kralı VI Məhəmmədlə görüşüb.

2105656
Pedro Sançes Mərakeşə səfər edib

İspaniyanın Baş naziri Pedro Sançes Mərakeşin paytaxtı Rabatda baş nazir Əziz Ahnouş və Mərakeş kralı VI Məhəmmədlə görüşüb.
Baş nazir Pedro Sançesi xarici işlər naziri Xose Manuel Albares müşayiət edib.
İspaniyanın Baş naziri Pedro Sançes ilk olaraq Mərakeşin baş naziri Əziz Ahnuş ilə görüşüb, daha sonra nahar yeməyində Mərakeş kralı VI Məhəmmədlə bir araya gəlib.
Qeyd edək ki, Pedro Sançes 2023-cü ilin fevralında Mərakeşə səfər edərək yüksək səviyyəli hökumətlərarası iclasda iştirak edib, lakin o zaman Kral VI Məhəmmədlə görüşməyib.
İspaniya hökumətinin yerli mətbuat orqanlarına verdiyi məlumatda İspaniya ilə Mərakeş arasındakı əlaqələrin çox yaxşı olduğu bildirilib.
İspaniya ilə Mərakeş arasında Qərbi Sahara problemi səbəbindən 2021-2022-ci illərdə 19 ay davam edən diplomatik böhran yaşanıb.
Ölkəsinin Qərbi Sahara ilə bağlı siyasətini dəyişdirən Pedro Sançes 14 mart 2022-ci ildə Kral VI Məhəmmədə məktub ünvanlayaraq Mərakeşin Qərbi Sahara üçün muxtariyyət planını dəstəklədiyini bildirib.
İspaniya hökumətinin bu təşəbbüsündən sonra Əlcəzairlə diplomatik böhran başlayıb.



Әlaqәli Xәbәrlәr