Oliver Varheyli:"Gürcüstanı əsl Avropa ölkəsi edəcəyik"

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi namizəd ölkə Gürcüstanı əsl Avropa ölkəsi edəcəklərini bəyan edib və bununla bağlı işləri sürətləndirməyə qərar verdiklərini açıqlayıb.

2105155

Belçikanın paytaxtı Brüsseldə Aİ-Gürcüstan Assosiasiya Şurasının 8-ci iclası keçirilib.

Gürcüstana namizəd ölkə statusu verildikdən sonra keçirilən ilk iclasdan sonra açıqlama verən Varhelyi deyib: "Gürcüstanı əsl Avropa ölkəsi edəcəyik".

Oliver Varhelyi bildirib ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə Aİ istiqamətində irəliləyiş və atılacaq addımlar üzərində işi sürətləndirmək qərarına gəliblərr.

Bu kontekstdə ən mühüm və konkret layihənin Qara dəniz elektrik və genişzolaqlı internet kabeli layihəsi olduğunu vurğulayan Varhelyi deyib: “Bu, böyük əhəmiyyət kəsb edən bir layihədir”.

"Gürcüstanın yeni ticarət yolunun mərkəzi olmaq potensialına malik olduğu məsələsini müzakirə etdik. Amma bunun üçün Qara dənizin Avropaya gedən növbəti dəhliz olmasına ehtiyacımız var.  Gürcüstan limanlarını yeniləməliyik",-Oliver Varheyli vurğulayıb.

Xatırladaq ki, Aİ dekabrın 14-də Ukrayna və Moldova ilə birlikdə 2022-ci ildə üzvlük üçün müraciət etmiş Gürcüstana namizəd ölkə statusu verib.

Әlaqәli Xәbәrlәr