Annalena Berbok: ''Ukraynanın yanında olmağa davam edəcəyik''

Almaniyanın xarici işlər naziri Annalena Berbok xalqı yenidən azadlığa qovuşdurana qədər Ukraynanın yanında olacaqlarını bildirib.

2105488
Annalena Berbok: ''Ukraynanın yanında olmağa davam edəcəyik''

Almaniyanın xarici işlər naziri Annalena Berbok xalqını yenidən azadlığa qovuşdurana qədər Ukraynanın yanında olacaqlarını bildirib.
Annalena Berbok Braziliyada keçiriləcək G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl açıqlama verib.
''Rusiya Prezidenti Vladimir Putin Ukraynaya ölçüyəgəlməz əzablar yaşatmağa davam edir. Əgər Putin dünyanın 2 ildən sonra Ukraynadakı müharibənin və onun dramatik nəticələrinin səbəbkarının kim olduğunu unudacağını düşünürsə çox səhv edir'',-Annalena Berbok qeyd edib. 
Annalena Berbok Rusiya hökuməti kimi yalnız ən güclülərin hüquqları ilə maraqlanan dünya aktyorlarının amansızlığına qarşı olduqlarını vurğulayıb.
Almaniyalı nazir həmçinin qeyd edib ki, hazırda Dünya Bankının mandatına iqlimin qorunması daxildir.



Әlaqәli Xәbәrlәr