Aİ Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqlədi

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı 13-cü sanksiya paketini təsdiqləyib.

2105522
Aİ Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqlədi

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı 13-cü sanksiya paketini təsdiqləyib.
Bu barədə Belçikanın rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib.
“Aİ ölkələrinin səfirləri Rusiyanın Ukraynaya hücumları çərçivəsində 13-cü sanksi paketi ilə bağlı prinsipial razılığa gəliblər. Bu Avropa İttifaqının təsdiqlədiyi ən geniş sanksiya paketlərindən biridir”,-deyə paylaşımda qeyd olunub.
Paylaşımda sanksiya paketinin fevralın 24-də rəsmi olaraq təsdiqlənəcəyi bildirilib.
Aİ Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib: “Rusiyaya qarşı 13-cü sanksiya paketimizlə bağlı əldə olunan razılaşmanı alqışlayıram. Biz Rusiya Prezidenti Vladimir Putinin döyüş maşınını zəiflətməyə davam etməliyik”. 
Ursula fon Leyen Avropa İttifaqının Rusiyaya Ukraynaya etdiyi hücumlara görə tətbiq etdiyi sanksiya siyahısındakı şəxs və təşkilatların sayının 2 minə çatdığını və Rusiyanın pilotsuz uçuş aparatlarına çıxışını daha da azaltdıqlarını bildirib.
Yeni paketdə 200-ə yaxın şəxs və təşkilatın sanksiya siyahısına daxil ediləcəyi gözlənilir.
Təfərrüatları hələ açıqlanmayan sanksiya paketinin təsdiqlənməsi Rusiya-Ukrayna müharibəsinin ikinci ildönümünə təsadüf edir.
Rusiyadan Aİ-yə dəniz yolu ilə daşınan xam neftin və bəzi neft məhsullarının idxalına qadağa, bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması, bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırılması da bu ölkəyə tətbiq edilən sanksiyalar sırasındadır.



Әlaqәli Xәbәrlәr