Yaponiya-Ukrayna arasında 10-dan çox əməkdaşlıq memorandumu

Rəsmi “Kyodo” xəbər agentliyinin yazdığına görə ...

2103926
Yaponiya-Ukrayna arasında 10-dan çox əməkdaşlıq memorandumu

 

  Yaponiya hökuməti Ukrayna infrastrukturunun yenidən qurulması da daxil olmaqla 7 müxtəlif sahəyə 15,8 milyard yen (106 milyon dollar) həcmində dəstək verəcək.

  Rəsmi “Kyodo” xəbər agentliyinin yazdığına görə, fevralın 19-da paytaxt Tokioda keçiriləcək İqtisadiyyatın Yenidən Qurulmasının Təşviqi üzrə Yaponiya-Ukrayna Konfransında 10-dan çox əməkdaşlıq memorandumu imzalanacaq.

  Tədbirdə Yaponiyanın baş naziri Kişida Fumio, Ukraynanın baş naziri Denis Şmıqal və hər iki ölkənin yüksək məmur və biznesmenlərindən ibarət 300-dən çox adamı iştirak edəcək.

  Yaponiya Ukraynanın infrastrukturunun yenidən qurulması və minalardan təmizlənməsi daxil olmaqla, 7 müxtəlif sahədə Ukraynaya 15,8 milyard yen maliyyə dəstəyi verəcək.



Әlaqәli Xәbәrlәr