İsrailin hücumları nəticəsində həyatını itirən fələstinlilərin sayı 29 mini keçib

Oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda 29 mindən çox fələstinli həlak olub.

2104315
İsrailin hücumları nəticəsində həyatını itirən fələstinlilərin sayı 29 mini keçib

Oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda 29 mindən çox fələstinli həlak olub.

Qəzza Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin son 24 saat ərzində təşkil etdiyi hücumlarda 107 fələstinlinin öldüyü, 145 nəfərin isə yaralandığı bildirilib.

Açıqlamada İsrailin həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının 29 min 92, yaralananların sayının isə 69 min 28 olduğu qeyd edilib.

Digər tərəfdən, İsrail ordusu işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə gecə saatlarında həyata keçirdiyi basqınlarda 25 fələstinlini nəzarətə götürüb.



Әlaqәli Xәbәrlәr