Ara verən Netanyahu əleyhinə hərəkat yenidən başladı

İsraildə minlərlə adam baş nazir Benyamin Netanyahu hökumətinin istefası və erkən seçkilərin keçirilməsi tələbi ilə etiraz aksiyaları keçirib ...

2103792
Ara verən Netanyahu əleyhinə hərəkat yenidən başladı

 

  İsraildə minlərlə adam baş nazir Benyamin Netanyahu hökumətinin istefası və erkən seçkilərin keçirilməsi tələbi ilə etiraz aksiyaları keçirib.

  İsrail bayraqları və Netanyahu hökumətini tənqid edən plakatlar daşıyan minlərlə nümayişçi paytaxt Təl-Əvivdə Müdafiə Nazirliyinin binası qarşısındakı Eliezer Kaplan küçəsində toplaşıb.

  İsrail polisi bildirib ki, keçirilən nümayiş qanuna zidd olub və ictimai asayişi pozub.

  Təl-Əvivlə yanaşı, minlərlə israilli Qərbi Qüds, Biressebi (Berşeva), Hayfa, Qeysəriyyə (Caesarea) də hökumətin istefası və erkən seçkilərin keçirilməsi tələbi ilə nümayişlər keçirib.

  Yüzlərlə nümayişçi ölkə prezidenti İsaak Hersoqun Qərbi Qüdsdəki iqamətgahı qarşısında hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirib. Minə yaxın adam isə Netanyahunun Qeysəriyyədəki şəxsi evi qarşısında toplaşıb. İsrail polisi burada 4 nəfəri saxlayıb.

  Qeyd edək ki, Netanyahu hökumətinin mübahisəli məhkəmə tənzimləməsinə qarşı etiraz hərəkatı 2023-cü il oktyabrın 7-də Qəzzadan edilən hücumlardan sonra nümayişlərini dayandırmışdı. Artıq İsrailin baş naziri əleyhinə etiraz hərəkatı hakim koalisiyanın istefası və erkən seçkilərin keçirilməsi tələbi ilə nümayişlərini davam etdirəcəklərini açıqlayıb.



Әlaqәli Xәbәrlәr