Qəzzada daha 2 İsrail əsgəri öldürülüb

İsrail ordusu hücum və işğalını davam etdirdiyi Qəzza zolağında son 24 saatda daha 2 əsgərinin şəhid öldürüldüyünü açıqlayıb.

2103273
Qəzzada daha 2 İsrail əsgəri öldürülüb

İsrail ordusu hücum və işğalını davam etdirdiyi Qəzza zolağında son 24 saatda daha 2 əsgərinin şəhid öldürüldüyünü açıqlayıb.

İsrail ordusunun sözçüsü Qəzza zolağının cənubunda son 24 saatda baş verən qarşıdurmalarda çavuş rütbəli 2 əsgərin həlak olduğunu bildirib.

Qəzza zolağında oktyabrın 7-dən bu yana 235-i qurudan işğal müddətində olmaqla 572 İsrail əsgərinin öldürüldüyü qeyd edilib.

Qeyd edək ki, İsrail ordusunun sözçüsü Qəzza zolağında həyatını itirən əsgərlərin ailələrinə məlumat verdikdən və ailənin razılığını aldıqdan sonra onların ölüm xəbərini açıqlayır.

Fələstinin Müqavimət Hərəkatı "Həmas"ın silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadaları İsrailin “Fələstinlilərə və onların müqəddəs dəyərlərinə, xüsusilə də Əqsa məscidinə qarşı davamlı pozuntularına cavab olaraq, oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçərkən, İsrail ordusu da Qəzza zolağına hadavan bombardman başladıb. 

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 12 min 300-ü uşaq, 8 min 400-ü qadın olmaqla, 28 min 663 fələstinli həlak olub, 68 min 395 nəfər isə yaralanıb.



Әlaqәli Xәbәrlәr