Husilər İngiltərəyə məxsus gəmiyə zərbələr endirib

İranın dəstəklədiyi husilər ölkənin cənubundakı Ədən körfəzində İngiltərənin LYCAVITOS gəmisini vurduqlarını açıqlayıblar.

2103089
Husilər İngiltərəyə məxsus gəmiyə zərbələr endirib

İranın dəstəklədiyi husilər ölkənin cənubundakı Ədən körfəzində İngiltərənin LYCAVITOS gəmisini vurduqlarını açıqlayıblar.

Husilərin hərbi məsələlər üzrə sözçüsü Yəhya Seri verdiyi açıqlamada Yəmənin cənubundakı Ədən körfəzində yerləşən İngilis gəmisini dəniz raketi ilə vurduqlarını bildirib.

Hücumun Fələstin xalqına dəstək məqsədi ilə həyata keçirildiyini bildirən Yəhya Seri bu çərçivədə əlavə tədbirlər gördüklərini və Amerika Birləşmiş Ştatları (ABŞ) və İngiltərənin Yəmənə qarşı hücumlarına cavab verdiklərini qeyd edib.

Hücumun nəticələri ilə bağlı məlumat verilməyib. İngiltərə də hələlik mövzu ilə bağlı açıqlama verməyib.

''Əl-Mesira'' telekanalının yaydığı məlumata görə, ABŞ və İngiltərə Qırmızı dəniz sahilindəki Hudeydə şəhərinin Əl-Cebbane bölgəsində iki hücum həyata keçirib.

Telekanalın  gün ərzində yayımladığı xəbərdə ABŞ və İngiltərənin Hudeydə şəhərinin Beytül-Fakif bölgəsinə hücum etdiyini bildirilib.

İranın dəstəklədiyi husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq oktyabrın 31-də İsrail şirkətlərinə aid  ticarət gəmilərini ələ keçirməyə və bəzilərinə pilotsuz uçuş aparatları və raketlərlə hücum etməyə başladı.

ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze pilotsuz uçuş aparatlarını vurduqlarını açıqlayıb.

Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.



Әlaqәli Xәbәrlәr