İƏT İsrail ordusunun Rəfah şəhərinə hücumlarını pisləyib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrail ordusunun Qəzza zolağının Rəfah şəhərinə hücumlarını pisləyib.

2102062
İƏT İsrail ordusunun Rəfah şəhərinə hücumlarını pisləyib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrail ordusunun Qəzza zolağının Rəfah şəhərinə hücumlarını pisləyib.

İslam Əməkdaşlıq Təşkilatının verdiyi bəyanatda İsrailin Qəzzanın cənubunda təxminən 1,5 milyon fələstinlinin sığındığı Rəfah şəhərinə təşkil etdiyi hücumlara reaksiya verilib.

Bəyanatda  İsrailin Rəfaha hücumları nəticəsində əksəriyyəti uşaq və qadın olmaqla yüzlərlə fələstinli mülki şəxsin həlak olduğu və yaralandığı, beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq hücumların törədildiyi xatırladılıb.

Bəyanatda  Rəfah şəhərinə edilən hücumların Qəzza zolağında insanların iztirablarını daha da dərinləşdirdiyi və soyqırım cinayətinin davamı kimi qiymətləndirildiyi qeyd olunub.
İsrailin Qəzza zolağındakı hərəkətlərinin  Beynəlxalq Ədalət Məhkəməsinin qərarına zidd olduğu vurğulanıb, həmçinin İsrailin Fələstinlilərə qarşı törətdiyi zorakılıqlar pislənilib.

Bəyanatda həmçinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası başda olmaqla beynəlxalq ictimaiyyətə İsrailin hücumlarının dayandırılması və Qəzza zolağına humanitar yardımların çatdırılmasında üzərinə düşən öhdəlikləri yerinə yetirməsi ilə əlaqədar çağırış edilib.



Әlaqәli Xәbәrlәr