BMT:''Qəzzadakı məktəblərin 30 faizi birbaşa hədəf alınıb''

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzadakı məktəblərin 30 faizinin birbaşa hədəf alındığını bildirib.

2101858
BMT:''Qəzzadakı məktəblərin 30 faizi birbaşa hədəf alınıb''

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzadakı məktəblərin 30 faizinin birbaşa hədəf alındığını bildirib.
Bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında bildirib.
Qəzzadakı 563 məktəbdən 162-nin birbaşa vurulduğunu qeyd edən Stefan Dujarrik 26 məktəbin tamamilə dağıdıldığını deyib.
Stefan Dujarrik qeyd edib ki, təxminən 175 min şagirdin təhsil aldığı məktəblər vurulub.

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

İsrail oktyabrın 7-dən bu yana 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. Qəzza zolağında baş verən qarşıdurmalarda 569 İsrail əsgəri də həlak olub.

Qəzzadakı hökumətin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 12000 mindən çoxu uşaq və 8000 mindən çoxu da qadın olmaqla 28473 adam həlak olub.

Dağıntılar altında minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun məhv edildiyi bildirilir.

Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 394 fələstinli həyatını itirib.


Etiketlәr: #hücum , #Qəzza zolağı , #BMT

Әlaqәli Xәbәrlәr