Antonio Quttereş Qəzzada aclıq probleminə toxunub

Antonio Quttereş, "Dünyada 700 min aclıq çəkən insanının beş nəfərindən dördü kiçik bir torpaq parçasında- Qəzzada yaşayır" deyə açıqlama verib.

2102232
Antonio Quttereş Qəzzada aclıq probleminə toxunub

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quttereş, "Dünyada 700 min aclıq çəkən insanının beş nəfərindən dördü kiçik bir torpaq parçasında-Qəzzada yaşayır" deyə açıqlama verib.

Antonio Quttereş BMT Təhlükəsizlik Şurasında “İqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinə təsiri” mövzusunda keçirilən yüksək səviyyəli sessiyada çıxış edib.

Dünyanın qarşıdurma və aclıq arasındakı dağıdıcı əlaqənin nümunələri ilə dolu olduğuna diqqət çəkən Quttereş, "Qəzzada heç kimin kifayət qədər qidası yoxdur. Dünyadakı 700 min ac insandan dördü bu kiçik torpaqda yaşayır" deyib.

Quttereş Panama kanalındakı quraqlığın və Qırmızı dənizdəki münaqişələrin də tədarük zəncirlərinə böyük ziyan vurduğunu və ərzaq inflyasiyasını artırdığını bildirib.

Konkret addımlar atılmasa, vəziyyətin daha da pisləşəcəyini bildirən Baş katib, “Münaqişələr çoxalır, iqlim böhranı böyüyür və kəskin ərzaq təhlükəsizliyi də hər il artır”-deyib.

Quttereş BMT Təhlükəsizlik Şurası qarşısında jurnalistlərə verdiyi açıqlamada İsrailin Qəzzanın Rəfah şəhərinə hücumunun dəhşətli nəticələri olacağı barədə xəbərdarlıq edib.

"Rəfaha hücum həyata keçirilmədən məhbusların azad edilməsi və münaqişənin dayandırılması üçün danışıqların uğurla nəticələnəcəyinə ümid edirəm. Humanitar yardım sisteminin də mövcud olduğu Rəfahda belə bir hücumun dəhşətli nəticələri olacaq”-deyə Baş katib vurğulayıb.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı olan Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.

Buna cavab olaraq İsrail ordusu Qəzza zolağına qarşı "Dəmir qılınclar" əməliyyatına başladığını açıqlayıb. Artan gərginlikdə əksəriyyəti uşaq olmaqla 29 minə yaxın fələstinli həyatını itirib.

İsrail bu yaxınlarda Rəfah şəhərinə qurudan hücuma hazırlaşdığına dair siqnallar verib.



Әlaqәli Xәbәrlәr