Mariya Zaxarova: ''Rusiya aktivlərinin müsadirə edilməsinə sərt cavab veriləcək''

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Rusiya Qərbin mövcud vəziyyətdən müxtəlif yollarla necə faydalanmağa çalışdığını görür və buna cavab olduqca sərt olacaq.

2101809
Mariya Zaxarova: ''Rusiya aktivlərinin müsadirə edilməsinə sərt cavab veriləcək''

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova  Rusiyanın Rusiya aktivlərinin Qərb tərəfindən müsadirə edilməsinə sərt cavab verəcəyini və Qərbə ''oğru” kimi baxacağını bildirib.
Mariya Zaxarova  Qərbin etdiklərini “oğurluq” və “onlara aid olmayan şeylərin mənimsənilməsi” kimi xarakterizə edilə biləcəyini qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Rusiya Qərbin mövcud vəziyyətdən müxtəlif yollarla necə faydalanmağa çalışdığını görür və buna cavab olduqca sərt olacaq.
Rusiyalı diplomat əlavə edib ki, Qərb Ukraynaya verdiyi dəstəkdən yaranan xərcləri ödəmək üçün Rusiyanın aktivlərini müsadirə etmək istəyir.

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov da Qərb ölkələrinin dondurulmuş Rusiya aktivlərini müsadirə etmək cəhdlərinə reaksiya verib.

Dmitri Peskov paytaxt Moskvada gündəmdəki aktual məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Dmitri Peskov Qərb ölkələrinin dondurulmuş Rusiya aktivlərini müsadirə etmək üçün addımlar atmaq planlarını tənqid edərək deyib:
"Biz dəfələrlə demişik ki, başqalarının aktivlərinin müsadirə edilməsi ilə bağlı qərarlar qlobal iqtisadiyyata çox ciddi təsir edəcək. Bunun qanunvericiliyə, iqtisadi inkişafa və investisiya mühitinə ciddi təsirləri olacaq". 
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi gündəlik mətbuat konfransında Aİ-nin Rusiya aktivlərindən Ukraynanın xeyrinə istifadə qərarını dəstəklədiklərini və bu mövzuda əlavə addımların atılacağı ilə bağlı tərəfdaşları ilə müzakirələri davam etdirəcəklərini açıqlayıb.
Metyu Miller bildirib ki, bu tədbirlərin məqsədi Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına son qoymaq və vurduğu ziyanı kompensasiya etməkdir.
Aİ ölkələri Ukrayna ilə 2 ildir davam edən müharibəyə görə Rusiya Mərkəzi Bankının təxminən 200 milyard avrosunu dondurmuşdu.
Aİ rəsmiləri aylardır dondurulmuş aktivlərin hüquqi və maliyyə tərəflərini və bu aktivlərdən əldə edilən gəlirlərin sahibinin razılığı olmadan istifadəsini müzakirə edir.
Aİ əsas pulu deyil, bundan əldə edilən gəlirləri hədəf almaq istəyir.



Әlaqәli Xәbәrlәr