ABŞ husilərin Qırmızı dənizdə vurduğu gəmiyə dair açıqlama verib

ABŞ Yəməndəki husilərin Qırmızı dənizdə vurduqlarını söylədiyi gəminin Yunanıstanın şirkətlərindən birinə aid olduğunu və Marşall adaları bayraqlı olduğunu bildirib.

2101669
ABŞ husilərin Qırmızı dənizdə vurduğu gəmiyə dair açıqlama verib

Amerika Birləşmiş Ştatları (ABŞ) Yəməndəki husilərin Qırmızı dənizdə vurduqlarını söylədiyi gəminin Yunanıstanın şirkətlərindən birinə aid olduğunu və Marşall adaları bayraqlı olduğunu bildirib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial media platforması "X" hesabında husilərin Qırmızı dənizdə vurduğu “Star İris” gəmisi ilə bağlı paylaşım edilib.

Paylaşımda husilərin dünən Bab əl-Məndəb boğazında Braziliyadan qarğıdalı daşıyan Yunanıstanın şirkətlərindən birinə məxsus Marşall adaları bayraqlı yük gəmisinə iki raket atdığı qeyd edilib.

Yüngül ziyan görən və heyətindən xəsarət almayan gəminin çatağı yerin İran olduğu bildirilib.

Qeyd edək ki, Yəməndəki husilər dünən Qırmızı dənizdə ABŞ gəmisinə hücum etdiklərini açıqlayıblar.

Husilərin hərbi sözçüsü Yəhya Seri “Fələstin xalqına qarşı zülmə və Amerika-İngiltərənin ölkəmizə hücumlarına cavab olaraq, Yəmən Silahlı Qüvvələrinin (Husilər) Dəniz Qüvvələri Qırmızı dənizdə Amerikanın “Star İris” gəmisini çoxlu sayda uyğun dəniz raketləri ilə hədəfə alıb və bu raketlər hədəfi dəqiq vurub” deyib.

ABŞ və İngiltərənin Yəmənə hücumlarına cavab verməkdən çəkinməyəcəklərini ifadə edən Y.Seri Qırmızı dənizdən keçən ABŞ və İngiltərə gəmilərinin onlar üçün "qanuni hədəf" olduğunu bir daha vurğulayıb.



Әlaqәli Xәbәrlәr