Kralı III Çarlz xərçəng diaqnozu qoyulduqdan sonra ilk açıqlamasını verdi

Böyük Britaniyanın baş naziri Rişi Sunak Kral III Çarlzın xərçəng xəstəliyinə tutulduğunu öyrəndikdən sonra şoka düşdüyünü bildirmişdi

2100593
Kralı III Çarlz xərçəng diaqnozu qoyulduqdan sonra ilk açıqlamasını verdi

 

  Xərçəng diaqnozu qoyulan Böyük Britaniya Kralı III Çarlz səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edib. Bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

  Kral deyib: "Xərçənglə üzləşənlərin hamısı yaxşı sözlərin təsəlli və ruhlandırıcı olduğunu bilir. Mənim diaqnozum ictimaiyyətin mənə anlayışını yaxşılaşdırmağa kömək etdi, Böyük Britaniya və dünyada xərçəng xəstələri və ailələrini dəstəkləyən bütün təşkilatların işinə bir daha işıq saldı".

  Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak Kral III Çarlzın xərçəng xəstəliyinə tutulduğunu öyrəndikdən sonra şoka düşdüyünü bildirmişdi. O, xəstəliyin ilkin mərhələdə aşkarlandığı üçün monarxın tez sağalacağına ümid etdiyini söyləyib.



Әlaqәli Xәbәrlәr