Martin Qriffits: ''Qəzzada gedəcək heç bir yer qalmadı''

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits İsrailin Rəfaha hücumu ilə əlaqədar deyib: ''Qəzzada gedəcək heç bir yer qalmadı''.

2100318

Rəsmi internet səhifəsində paylaşım edən Martin Qriffits Rəfahda mülki vətəndaşların evlərinin dağıdıldığını, küçələrə minaların yerləşdirildiyini, məhəllələrin bombalandığını deyib.
"Hara gedə bilərlər? Necə təhlükəsiz qala bilərlər?" deyən Martin Qriffits Qəzzada gedəcək yerin qalmadığını vurğulayıb.
Mülki vətəndaşların qorunmasının vacibliyini vurğulayan Martin Qriffits sığınacaq, qida və səhiyyə xidmətlərinin təmin edilməsinin əhəmiyyətini qeyd edib.
Martin Griffiths bildirib ki, Rafahda 1 milyondan çox insan misli görünməmiş əziyyət çəkir.
İsrail Nazirlər Kabinetindən verilən yazılı açıqlamada deyilir: "Həmasın Qəzzanın cənubundakı 4 batalyonu məhv edilmədən müharibənin məqsədinə çatmaq mümkün deyil".
Açıqlamada bildirilir ki, Benyamin Netanyahu İsrail ordusu və təhlükəsizlik agentliyinə buradakı əhalinin çıxarılması və ''Həmas''ın batalyonlarının məhv edilməsi üçün plan hazırlamağı tapşırıb.

Әlaqәli Xәbәrlәr