Ümumdünya Səhiyyə Təşkilatı: ''Qəzzada çox sayda insan aclıqdan ölür''

ÜST-nin rəsmi ''X'' internet səhifəsində edilən paylaşımda Qəzzada yaşanan aclıq və xəstəliklərə diqqət çəkilib.

2099956
Ümumdünya Səhiyyə Təşkilatı: ''Qəzzada çox sayda insan aclıqdan ölür''

Ümumdünya Səhiyyə Təşkilatı Qəzza ilə bağlı etdiyi paylaşımda bu ifadələrə yer verib: "Qəzzada hamı acdır, çox sayda insan aclıqdan ölür. Kifayət qədər qida olmasa, daha çox insan xəstələnəcək və öləcək".
ÜST-nin rəsmi ''X'' internet səhifəsində edilən paylaşımda Qəzzada yaşanan aclıq və xəstəliklərə diqqət çəkilib.
''Qəzzada hamı acdır, çox sayda insan aclıqdan ölür” İfadələrinin istifadə edildiyi paylaşımda bölgədə yoluxucu xəstəliklərin də yayıldığı ilə əlaqədar xəbərdarlıq edilib.
Paylaşımda deyilir: "Aclıq insanların xəstəliklərlə mübarizə qabiliyyətini zəiflədir. Kifayət qədər qida olmasa, daha çox insan xəstələnəcək və öləcək".
Paylaşımda həmçinin qəzzalıların iztirablarına son qoyulmasının vacibliyi vurğulanaraq dərhal atəşkəsin təmin edilməsi ilə əlaqədar çağırış edilib.
Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden də İsrailin Qəzzada ciddi hücumlar törətdiyini ifadə edərək:'Qəzzada aclıqdan ölən çox sayda günahsız insanlar var, buna son qoyulmalıdır” deyib.
Ağ Evdə açıqlama verən Co Bayden Qəzzadakı son vəziyyətə və ABŞ administrasiyasının bununla bağlı etdiklərinə toxunub.
İsrailin Qəzzaya etdiyi hücumlara toxunan Co Bayden deyib:
"Qəzzada aclıqdan ölən çox sayda günahsız insan var. Buna son qoyulmalıdır".
Xatırladaq ki, ''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
İsrail ordusu buna cavab olaraq Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən əksəriyyəti uşaq olmaqla 28 minə yaxın fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr