Ukraynanın yeni Baş Qərargah rəisi Aleksandr Sirski olub

Müdafiə naziri Rustem Umerov ordu rəhbərliyinin dəyişdirilməsinə qərar verdiklərini və Baş Qərargah rəisi Valeri Zalujnının vəzifəsindən azad edildiyini açıqlayıb.

2100015
Ukraynanın yeni Baş Qərargah rəisi Aleksandr Sirski olub

Ukraynanın yeni Baş Qərargah rəisi Aleksandr Sirski olub.
Müdafiə naziri Rustem Umerov ordu rəhbərliyinin dəyişdirilməsinə qərar verdiklərini və Baş Qərargah rəisi Valeri Zalujnının vəzifəsindən azad edildiyini açıqlayıb.
Prezident Volodimir Zelenski Quru Qoşunlarının komandanı Sirskini Baş Qərargah rəisi vəzifəsinə təyin edib.
Volodimir Zelenski verdiyi açıqlamada "Robotin və ya Avdiyivkadakı əsgərlərimizin müharibə haqqında Baş Qərargah və Baş Komandan Qərargahı ilə eyni baxışa sahib olmasını istəyirəm" deyib.
Müxtəlif səviyyələrdəki komandirlərlə görüş keçirdiyinə diqqət çəkən Volodimir Zelenski sözügedən komandirlərin hamısının yüksək vəzifələr üçün nəzərdə tutulduğunu və onların Ukraynanın ən təcrübəli komandirinin rəhbərliyi altında xidmət edəcəklərini bildirib.
Volodimir Zelenski deyib: "General-polkovnik Sirskini Baş Qərargah rəisi vəzifəsinə təyin etdim. O, Kiyev müdafiə əməliyyatına rəhbərlik edib və uğurlu müdafiə təcrübəsinə malikdir. O, həmçinin Xarkovun azad edilməsi əməliyyatında da uğurlu təcrübəyə malikdir".



Әlaqәli Xәbәrlәr