ABŞ husilərə ağır zərbələr endirdi

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə İranın dəstəklədiyi husilərə məxsus olan və partlayıcı daşıyan pilotsuz suüstü vasitələr və gəmi əleyhinə qanadlı raketlərə qarşı 7 hücum təşkil etdiyini açıqlayıb.

2100127

ABŞ Mərkəzi Komandanlığının bəyanatında deyilir:“CENTCOM-a tabe olan ünsürlər fevralın 8-də saat 05.00-21.00 arasında Qırmızı dənizdəki gəmilərə hücum etməyə hazırlaşan və husilərə aid olan 4 pilotsuz suüstü vasitəni  və 7 gəmi əleyhinə qanadlı raketə zərbələr endirib''.
Açıqlamada husilərin nəzarətində olan ərazilərdə aşkar edilən raketlərin və avtonom suüstü vasitələrinin ABŞ Hərbi Dəniz Qüvvələrini və ticarət gəmilərini təhdid etdiyi bildirilib.
“Bu əməliyyatlar naviqasiya azadlığını qoruyacaq və beynəlxalq suları ABŞ Hərbi Dəniz Qüvvələri və ticarət gəmiləri üçün daha təhlükəsiz edəcək”,-deyə bəyanatda vurğulanıb.
Husilər dünən ABŞ və İngiltərənin Yəmənin şimal-qərbindəki Səda şəhərini hədəf aldığını və bir neçə saat ərzində Hudeydə şəhərinə 2 hava zərbəsi endirdiyini açıqlamışdı.

Etiketlәr: #husilər , #hücum , #ABŞ

Әlaqәli Xәbәrlәr